zidane-1024x656

Zinəddin Zidanın sərt həyat qanunları

  1. Heç vaxt çox danışmağı sevməmişəm.
  2. Mənim heç vaxt daxili devizim olmayıb.
  3. Sözlərlə daha çox incitmək olar, nəinki yumruqla. Bunu mən uşaq vaxtından bilmişəm.
  4. Futbolda mən nəyə nail olmuşamsa, hamısı dostlarımla küçə futbolu oynamağımın bəhrəsidir.
  5. Mənim bəxtim gətirib ki, rahat şəraitdə böyüməmişəm. Orada mən həm futbolu, həm də həyatı öyrənmişəm.
  6. Mən özümü yox, valideynlərimi dünyaya məşhur etmişəm. Bundan gözəl nə ola bilər axı?
  7. Mənim atam Əlcəzairlidir. O həmişə bununla qürur duyub. Mən isə həmişə atamla qürur duymuşam. Atam məhz o insandır ki, “Miqrantlar iki dəfə daha çox çalışqan olmalıdırlar” deyib məni daha çox motivasiya edib.
  8. Əslində mən heç vaxt Əlcəzairi tərk etməmişəm. Əlcəzair həmişə mənim qəlbimdədi.
  9. Doğulduğum yer haqda utandığım vaxtlar yadımdadır. İndi isə yalnız o vaxtlar üçün utanıram.
  10. Çox yaşadıqca , məyus olduğun anlar da çoxalacaq. Ona görə heç vaxt geriyə baxmaq olmaz. Ələxsus da həyatın yarısı artıq keçibsə.23
  11. Mən yaşadığım müddətdə heç vaxt “Mənə bu çətindi” ifadəsini işlətmək istəmirəm.
  12. Kişi üçün bəzi sözlər, hərəkətdən daha vacibdir. Döyülmək, söyüş altında qalmaqdan daha yaxşıdır.
  13. İnsanlara kömək etmək üçün sənə səbəb lazım deyil.
  14. Mən gec anladım ki, bütün ölkənin sənə azarkeşlik etməyi necə gözəl hissdir.
  15. Qələbə mənim üçün fundamental dəyərdir.
  16. Neçə dəfə qalib gəlməyin fərqi yoxdur. Hər bir qələbə özlüyündə unikaldır. Qələbə çalmaq heç vaxt bezdirici olmur. Sən 10 dəfə ardıcıl gələbə qazanıb, 11-ci qələbəni son 10-undan daha çox istəyə bilərsən.
  17. Fərdi qələbə o qədər də məna daşımır. Məğlub olan və qalib gələn yalnız komandadır.
  18. Mənim İngiltərə oyunçulara hörmətim var. Onlar məğlub durumda belə təslim olmurlar.
  19. “Real Madrid” mənim hətımda baş verən ən böyük hadisədir. Vaxtı ilə mən bu komandanın ağ formasını arzulayırdım, sonra isə tale mənə bu dünyanın ən yaxşı klubunun baş məşqçisi qismində çalışmağa şans yaratdı.
    Bəli, mən dünyanın ən xoşbəxt adamıyam.
  20. Messi- Futbolun Mosartıdır. Bunu mən 100% əminliklə təsdiqləyə bilərəm.234
  21. Sənin futbol ayaqqabılarının nədən hazırlandığı heç vacib deyil. Əgər sən bütün fikrini buna yönəltsən, sən məğlub olacaqsan.
  22. Mənim yeganə həyat hobbim, qələbə qazanmaqdır. Bundan başqa mənim məşğuliyətim yoxdur.
  23. Mən fəxr edirəm ki, məni Mişel Platini ilə muqayisə ediblər.
  24. Mən utancaq olmuşam. Utancaq olaraq da qalacam.
  25. Özümü gərək layiqincə aparım, mən çoxunun kumiriyəm.

Şərhlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *