Mərd kişilər üçün həyat məsləhətləri

Sağlamlıq:
1. Çoxlu su için.
2. Səhər yeməyini kral kimi, nahar yeməyini şahzadə kimi, axşam yeməyini isə kasıb bir adam kimi yeyin.
3. Hər gün tənhalıqda ən azı 10 dəqiqə vaxt keçirin. Fikirlərinizi toplayın.
4. Gün ərzində 7-8 saat yuxu yatın.
5. Hər gün 10-30 dəqiqə gəzin.
6. Daha çox təbii usulla hazırlanmış yeməklər ilə qidalanın. “Fast food” -dan imtina edin. Həmişəlik

1
Şəxsi keyfiyyət:
1. Heç vaxt öz həyatınızi başqalarının həyatı ilə muqayisə etməyin. Onların bu həyatı əldə etməsi üçün nələri qurban verdiklərini bilmirsiz.
2. Neqativ fikirləri uzaqlaşdırın beyninizdən. Kontrol edə bilməyəcəyiniz şeylər haqqında düşünməyi buraxın. Bütün enerjinizi yaradıcılığa və pozitiv düşüncəyə yönəldin.
3. Özünüzü sərt şəkildə mühakimə etməyin.
4. Dəyərli vaxtınızı dedi-qoduya və deyinməyə sərf etməyin.
5. İnanılmaz və çox böyük arzular qurun. Bilin ki, arzular bir gün reallaşır.
6.  Paxıllıq hissini bədəninizdən təmamilə çıxarın. Sizə nə lazımdırsa indiki zamanda, hamısı var.
7.  Keçmişin problemlərini unudun. Sevdiyinız insanların üzünə onların keçmiş səhvlərini vurmayın. Bu sizin indiki zamanda olan xoşbəxtliyinizi ala bilər.
8. Həyat nifrət hissi ilə yaşamaq üçün çox qısadır. Nifrət hissini paxıllıq hissi kimi bədəninizdən çıxarın.
9. Sizin xoşbəxtliyinız yalnız sizin əlinizdədir. Başqaları bunun üçün məsuliyyət daşımır.
10. Daha çox gülümsəyin.
11. Hər mübahisədə qalib gəlməyə çalışmayın.

2

Digər insanlar:
1. Öz doğmalarınıza və sevdiyiz insanlara tez-tez zəng edin.
2. Hər gün başqaları üçün ən azı 1 dəfə yaxşılıq edin.
3. 70 yaşdan yuxarı və 6 yaşdan aşağı insanlar ilə daha çox vaxt keçirin. Hər ikisindən siz həyat müdrikliyi öyrənəcəksiniz.
4. Başqalarının sizin haqda nə düşündüyü sizə maraqlı olmamalıdır.
5. Sizin işiniz və karyeranız siz xəstələnən zaman sizin qayğınıza qalmayacaq. Doğmalarınızı qoruyun.
1
Həyat:
1. Sizi xoşbəxt etməyən, həyatınıza rəng qatmayan işlərdən və insanlardan ayrılın.
2. Fərqi yoxdur, situasiya yaxşıdır və ya pis, o mütləq şəkildə dəyişiləcək.
3. Ən yaxşısı hələ qabaqdadır.
4. Problemləriniz nə qədər çox olsa da, bilin ki, siz daxilən xoşbəxtsiniz.

Şərhlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *