19120715-collage11-1479320407-650-0ceea79d8b-1479388354

Kişi qarderobundan qadınları qıcıqlandıran 10 əşya

Elə paltar olur ki, onu çox yaraşıqlı kişi geyinsə belə qadınların xoşuna gəlməyəcək. Lakin cəmiyyətin güclü nümayəndələrinin xətrinə dəyməsin deyə bunu kiminsə üzünə demirlər.

AdMe.ru onlarla qadın jurnalı və forumları izləyib, kişilərin qarderobundan qadınların sevmədiyi əşyaların siyahısını hazırlayıb.

 

Futbolkanın dərin kəsiyi

Adi V şəkilində kəsik göürünüşə stil və seksuallıq əlavə etsə də, həddindən artıq dərin kəsik ucuz və şit görsənir.

Ultraqısa şortlar

Dizdən yuxarı olan şortlar dəbdə olsa da, zərif cins nümayəndələri bunu çətinliklə qəbul edir. İctimai yerlərdə tüklü ayaqlar qadınları daha çox çəkindirir, nəinki cəlb edir.

Devizlərlə və ya köhnəlmiş zarafatlarla olan köynəklər

Şüarla olan köynək qışqıran reklam kimi görsənir. Özünə diqqət cəlb etmək üçün bu, yaxşı üsul deyil. Daha yaxşısı sadə, amma keyfiyyətli bir şey geyinməkdir, nəinki kiminsə bayağı fikrini göstərmək.

Barmaqarası başmaqlar

Həm qadınlar, həm də kişilər barmaqarası başmağı gərək çimərlikdə geyinsin, başqa heç yerdə. Şəhər mühitində onlar çox yersiz görünür.

Kostyumla geyinilməyən jilet

Kişilər öz gündəlik tərzini canlandırmaq üçün öz futbolkalarının üstündən jilet geyinirlər. Lakin, təəssüf ki, qadınlar bunu cəlbedici deyil, daha çox məzəli bilir. Jileti yalnız klassik kostyumla olduqda geyinmək lazımdır.

Böyük nişanla olan kəmərlər

Böyük nişanla və ya loqotiplə, bəzəklə olan çox böyük kəmərlər köhnəlmiş trenddir. Daha yaxşısı klassikaya üstünlük verməkdir – bir funksiyası olan – şalvarı əyində saxlamaq  – dəridən qara və ya qəhvəyi rəngli kəmərlər.

Torbaya bənzər kostyum

Kostyum kişi qarderobunda ən seksual və stilli əşyalardan biridir. Lakin o halda ki, o, əyninizdə ideal oturur. Təəssüf ki, əyninizdə torba kimi sallanan kostyum sizin xanımınızı valeh etməyəcək.

Çəhrayı rəngli əşyalar

Qadınlar çəhrayı rəngdə olan kişi geyimlərindən xoşlarının gəlmədiyini çətinliklə izah edə bilirlər. Deyəsən, sadəcə olaraq bu trend onlar üçün “həddindən artıq metroseksualdır”, ona görə onu qəbul edə bilmirlər.

Çox dar cins şalvarlar

Dar şalvar o qədər də pis deyil, amma onlar qadın leginslərinə bənzəyəndə artıq cəlbedici deyil, daha çox nifrət doğuran olur.

Bijuteriya və dizayn zinət əşyaları

Zinət əşyaların çox olması heç kimə yaraşmır, bu, kişilərə də aiddir. Bir-iki keyfiyyətli və yaxşı görünüşlü aksesuar geyim tərzinin canlanması üçün yetərlidir.

 

Beləliklə, əla görünmək üçün yaxşı zövqün olmasından əlavə kişi özünə yaxşı baxmalı və səliqəli olmalıdır. Paltarının təmizliyinə, onun vəziyyətinə diqqət yetirməlidir, qırışlanmış, köhnə paltar geyinməməlidir, həmçinin çox dar və ya çox böyük ölçüdə olan geyimlərdən uzaq durmalıdır. Belə halda sizi istənilən qız bəyənər.

Sonuncu. Biz qəsdən dəbə və stilə qarşı olan bu cinayət növünü siyahıya əlavə etmədik ki, bu cür uyğunlaşdırmanın heç müzakirə edilə bilinmədiyini vurğulayaq. Lakin unutmuş və ya şübhə edənlər üçün bir daha göstəririk:

 

Mənbə: AdMe.ru
T
ərcümə: Saqqal.az

Şərhlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *