Əfsanəvi Ronaldinyo haqda 10 maraqlı fakt

1. 1993 ci ildə mediada ilk dəfə 13 yaşlı Ronaldinyo adı səsləndi. O yerli komandaların futbol oyununda 23 qol vurmuşdu. Həmin oyun 23-0 hesabı ilə bitmişdi.

2. Ronaldinyo ləqəbi ” Balaca Ronaldo” anlamını verir. Ona bu ləqəbi “Gremio” komandasının ən azyaşlı oyunçusu olduğuna görə vermişdilər.

1

3. Məşhur futbolçunun sözlərinə görə, o, ilk driblinq bacarıqlarını sevimli iti ilə məşq zamanı öyrənib.

4. Braziliya komandasının əsas heyətinə düşən zaman o köynəyin arxasında Ronaldo adını daşıya bilməzdi. Çünki həmin zaman artıq heyətdə Ronaldo var idi (Dişdan Ronaldo). Bunu nəzərə alaraq o, uşaqlıq ləqəbini seçir və bu onun yeni adı olur.

3

5. Ronaldinyo müxtəlif futbol oyunlarının üz qabığında olur, onların arasında Electronic Arts: FIFA Soccer 06, FIFA 07 var. O, həmin üz qabığında digər məşhur futbolçu Runi ilə yer alıb. Onun simasını FIFA 06: Road to FIFA World Cup  adlı oyunun üz qabığında da görmək olar.

6

6. Məşhur futbolçu tez-tez  “Nike”, “Pepsi”,”Aspir” və “Lenovo” şirkətlərinin reklam çarxlarında çəkilir.

5

7. Braziliyalı futbolçu dünya dəb bazarına öz yeni geyim brendi  olan “R10”-i təqdim edib.

8. 2007-ci ildə onun Barselona Futbol Klubuna transferi 107 000 000 $ dəyərində qiymətləndirilirdi.

9. Roberto, Ronaldinyonun qardaşı, hal-hazırda onun agenti rolunda çalışır. Bacısı Deyzi isə onun ictimaiyyətlə əlaqələr üzrə kordinatorudur.

10. Ronaldinyonun sevimli kompyuter oyunu – “Pro Evolution Soccer “-dir.

 

Şərhlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *