Dadlı kəbabı necə bişirmək olar.

Kabab hazırlamaq üçün faydalı məsləhətlər

1) Ən yaxşı qızardılmış ət dadı – sadəcə qızardılmış ətin dadıdır. Üstəgəl duz və bir az istiot. Əgər siz bu dadı “yaxşılaşdırmaq” istəyirsinizsə, onda bunu maksimal dərəcədə gözəl edin. Çox vaxt biz kababın üzərinə zirə, kəklikotu, göyərti, sarımsaq və ədviyyatlarla qarışdırılmış, halqa şəklində doğranmış soğan əlavə edirik. Qoyun ətinə isə nanə əlavə etmək yaxşıdır. Toyuq ətinə hər-hansı bir turşu əlavə etmək olar.

2) Manqal üçün ən yaxşı odun isə üzüm tənəyidir. O, tez yanır və çox yaxşı istilik verir. Bu, ən yaxşı variantdır, bundan yaxşısı yoxdur. Əgər üzüm tənəyi yoxdursa, palıd və ya ağcaqayın odunundan istfadə edə bilərsiz. Odunu yandırmaq üçün mayelərdən danışmağa ehtiyac görmürük, əsl kişi tonqalı budaqlarla və bir dənə kibrit çöpü ilə qalamağı bacarmalıdır.

3) Ən tez – az istidə olsa da – balıq hazırlanır. Bir az sonra isə toyuq hazırlanır. Daha sonra ət bişir. Əgər ət tam bişməyibsə belə, balıq və toyuq artıq bişmiş olur.

4) Ət ilə manqalın kənarı arasında 4 barmaq məsafə olmalıdır. Bütün manqalı doldurmayın, manqalın bir hissəsini boş saxlayın. Manqalın boş hissəsində siz artıq bişmiş şişi isti saxlamaq üçün yerləşdirə bilərsiz.

5) Doğranmış halqa soğanı ətlə birlikdə şişin üzərinə çəkmək düzgün deyil, çünki soğan ətdən tez bişir, tez yanır və yanıq qoxusunu ətə ötürür.

6) Əgər kömür yanmağa başlayırsa, su tökməyin, onun əvəzinə duz tökmək daha faydalıdır, çünki duz ətdən axan yağı yanmağa qoymur. Yanmış yağ ətə tünd dad verəcək.

7) Şişi manqalın üstünə qoymamışdan əvvəl kömürün üzərinə adaçayı və ya tərxun atsanız, kababa əlavə ləzzət qatacaqsınız.

8) Və sonda ən əsası, heç bir kimyəvi maddələr qatmayın, əsasən də ketçup və mayonez. Çalışın ətdən təbii məhsullarla ləzzət alın. Bunun üçün isti çörək, duz, istiot kifayət edir.

Şərhlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *