Cənubi Koreyanın 10 ən gözəl qızı

Koreya qızları həmişə əsrarəngiz gözəllikləri ilə fərqləniblər. Onlar kişilərin qəlbinə öz təbii və səmimi gözəlliyi ilə yol tapıblar.

Saqqal.az sizə 10 Koreya gözəlini təqdim edir:

10 yer. Kim Yuna

1

26 yaş (5 sentyabr 1990-cı il, Cənubi Koreya)

Koreyanın məhşur fiqurlu konkisürmə peşəkarı, nadir gözəlliyə və parlaq artistlik qabiliyətinə malik olan qadınıdır. O  11 yaşında Sloveniyada çox vacib turnirin qalibi olur və bir il sonra böyüklər arasında fiqurlu konkisürmə üzrə ən gənc çempion adına nail olur. Əsrarəngiz gözəllik, ifadəli gözlər və sehirli təbəssüm onun dunyaya tanıdan atributlarındandır.

9 yer. Li Höri

2

37 yaş ( 10 may 1979-cu il, Çhonju )

Koreyalı aktrisa və fotomodel. Boyu 166 sm,parametrləri 86-61-86. Model görünüşlü cazibədar müğənni.Karyerasının lap əvvəllərindən kişilərin ürəklərini fəth edib. Onun incə və zərif səsi yalnız ölkəsini yox, bütün dünyanı valeh edirdi. Təəcüblü deyil ki, o Cənubi Koreyanın ən məhşur müğənnilərindən sayılır.

8 yer. Yun In He

kinopoisk.ru

32 yaş ( 3 oktyabr 1984-cü il, Seul )

Cənubi Koreyalı model, müğənni və aktrisa. Koreyada və xaricdə ən tələb olunan aktrisalardan biridir. Parlaq ulduz bir çox filmlərdə əsasən melodram və komediya janırlarında yer alıb . Yun In He Filmlərdə 2002-ci ildən çəkilməyə   başlayıb və “My Fair Lady”, “Lie to me” və “I miss you” kimi filmlərdə rol alıb. Kişilərin isə bu xanımda ən çox cəlbedən xüsusiyyəti onun səmimi və təbii olmasıdır.

7 yer. Nam Sam Mi

4

32 yaş ( 3 may 1984-cü il, Seul )

Dramatik rollarda çəkilən aktrisa, kişilərin rəğbətini öz təkrarolunmaz cazibəsi və kinolarda parlaq rolları ilə qazanıb. Bu xanım lap əsl xamelyon kimidir, çox nadir istedadı var. O, gah günahsız bir vurğun qıza çevrilə bilir, gah da əsl pələngə çevrilə bilir və onun əsl həyatda necə olduğunu bilmək çox çətindir. Məhz bu nadir bacarığına görə onu Koreyanın ən qeyri-adi aktrisalarından biri seçiblər.

6 yer. Sanq Hay Li

5

46 yaş ( 1 aprel 1970-ci il, Cənubi Koreya )

Model. Cənubi Koreyada anadan olub və orada böyüyüb, amma 8 yaşında ailəsi ilə birlikdə Amerika Birləşmiş Ştatlarına köçür və bu günə kimi orada çalışır. Onu başqalarından fərqləndirsən cəhət isə çox cəlbedici , ifadəli şərq gözəlliyidir. Bu, onun üçün model karyerası ilə məşğul olmağa əla imkanlar yaradıb. Qısa zamanda bir çox filmlərdə və jurnallarda çəkilib. İncəlik, qadınlıq və şərq atributları onu dünyanın məhşur modellərdən biri edib.

5 yer. Kim Yu Ri

6

32 yaş ( 29 avqust 1984-cü il )

Cənubi Koreyalı dramatik filmlər aktrisası və model, ifadəli qəhvəyi gözləri və valehedici təbəssümü. Alicənab görünüşü, parlaq gözləri və güclü obrazı kişilərin diqqətini maqnit kimi cəlb edir. Həmçinin bu özəlliklər ona kişilərin ürəyində möhkəm yer tutmağa imkan verir.

4 yer. Pak Şın Hye

7

26 yaş ( 18 fevral 1990-cı il, Cənubi Koreya )

Aktrisa və model. Parlaq, gözəl görünüşlü, şən bir qadındır. Özünü müxtəlif janrlarda  ifadə edə bilib, əsasən də komediya janrında. Onun gülüşü, yumor hissi və seksual görünüşü ağıllı bir qadın obrazı yaratmağa vadar edir.

3 yer. Pak Min Yön

8

28 yaş ( 4 mart 1986 il-cı il, Seul)

Aktrisa və model. 15 filmdə rol alıb, müxtəlif fotosessiyalarda və reklam çarxlarında çəkilməyi bacarıb. Onun rolları və obrazları incəliklə və nadir gözəlliklə fərqlənir. Bu aktrisanın kişiləri cəlb etmək səbəbi, onun incə cazibəsi və şərq gözəlliyidir.

2 yer. Xon So Gö

9

35 yaş ( 22 noyabr 1981-ci il, Seul )

Cənubi Koreyanın ən parlaq və gözəl qadınlarından biridir. Bu xanım müxətlif tele-layihələr səbəbindən böyük məşhurluq qazanıb. Ancaq əsl məşhurluq ona “Autumn in my heart” serialından sonra gəlib. Bu model, teleaparıcı və aktrisa tək ulduz kimi yox, həm də güclü şəxsiyyət kimi də tanınır. Kişiləri isə bu xanımda cəlb edən xüsusiyətlər onun incə cazibəyə və nadir harmonik gözəlliyə sahib olmasıdır.

1 yer. Kim So Yön

10

36 yaş ( 2 noyabr 1980-ci il, Seul )

Bu aktrisa bir çox janrlarda (dramatik, melodram və döyüş) özünü göstərib. Özünəməxsus görünüşü, güclü xarakteri səbəbinə, öz tamaşaçılarının və kişilərin qəlbində sadiq yer qazanmışdır. Onun karyerasında ən yaddaqalan rolu isə , çox məşhur “Ayres” serialında olub.

Şərhlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *