deb

Bilməli olduğunuz 8 payız-qış geyim trendi

PAYIZ-QIŞ 2016 TRENDİ

BU PAYIZ KİŞİLƏRİN BİLMƏLİ OLDUĞU 8 PAYIZ-QIŞ GEYİM TRENDİ

Artıq mağazalarda 2016 payız-qış kolleksiyaları yer alıb və soyuq havaları qarşılamağa hazırlıq vaxtıdır. Saqqal.az London, Milan və Paris kişi dəb şoularında nümayiş etdirilən, dünya dizaynerləri tərəfindən irəli sürülən ən əsas dəb trendlərini sizə təqdim edir. Qarderobunuza ən son dəbə uyğun eleqant nəfəs gətirmək üçün 8 məqama nəzər yetirin:

 

Mis rəng çalarlarına üstünlük verin:

22

© Indigital
Bu il qarderobunuzu ənənəvi boz, qara, qonur, tünd-yaşıl rənglərə dəb şoularında olduğu kimi dolğun, narıncı-qəhvəyi çalarlar əlavə etməklə yeniləyin.

 

Soldan sağa dəb şouları: WooyoungmiCanaliTopman Design

 

Toxunma polo köynək

23

© Indigital / FIRSTVIEW

 

Hələ də gödəkçə seçiminizi etməmisinizsə, bu mövsüm toxunma polo geyinməyi sınayın. Podiumdan görürük ki, pololar T-shirt-lərin və köynəklərin üzərindən, idman üslublu, enli gödəkçələrin altından geyilir. “Bally” kolleksiyasında polo hətta incə toxunuşlu boğazlı köynəklə uyğunlaşdırılıb. Maksimal nəticə əldə etmək üçün qarderobunuzdan 2 və ya 3 fərqli saya toxunma köynəyi kombinə edin.

Soldan sağa dəb şoularıOrleyCoachBally

“Dafl” paltolar

24

© Indigital
Hər payız dəb şoularında müxtəlif üst geyimləri nümayiş etdirilir. Bu il heç bir palto modeli “Dafl” paltolardan daha önə keçə bilməyib. Bu paltolar Belçikanın ”Dafl” şəhərciyində yaranan kobud, qalın, yun materialdan hazırlanır. Birləşik enli papaq, 3 ya 4 ədəd taxta və ya buynuzdan hazırlanan spesifik bağlarla düymələnən, 2 yamaq formalı üst ciblərlə fərqlənən modeldir.

Dəvə dərisi rəngli modellər isə dizaynerlərin ən çox müraciət etdiyi rəng olaraq seçilir.

Soldan sağa dəb şouları: Maison Margiela, Dior Homme, Coach

 

İpəklə parla

25

© Indigital
Bu parıltılı parça payız-qış 2016 dəb şoularında hər kəsin nəzərini cəlb edib.İpək köynəklər bəlkə də trendə çevrilməyin ən bariz və ən asan başa gələn nümunəsi idi.Bundan başqa dəri şalvarlar və ipək, ya neylon materialdan üst geyimlər də həmçinin podiumlarda xüsusi yer alıb.

 

Soldan sağa dəb şouları: Katie EaryAmiDolce & Gabbana

 Qalın ayaqqabı altlıqları

26

© Indigital
Bu il ayaqqabıların daha qlın və kobud altlıqlı olanları dəbdədir. Düz və ya dabanlı ayaqqabılara üstünlük verməyinizdən asılı olmayaraq, bu ilin ayaqqabı seçimi qalın altlıqlıdır.

 Soldan sağa dəb şouları: Tiger of SwedenLouis VuittonPrada

 

Hündür boğazlı köynəklər

27

© Indigital
Hazırda qatlanan boğazlı köynəklərin yenidən dəb halını almasının hələ davam edəcəyi görünsə də, növbəti fəsildə öz yerini hündür boğazlı və ya qısa(qatlanmayan) boğazlı köynəklərə ötürəcəyi gözlənilir.

Maksimum effect əldə etmək üçün boğazlı köynəyinizi enli üst geyimi və cins şalvarla uyğunlaşdırın.

Soldan sağa dəb şouları: BerlutiFendiBurberry

 

 Enli və düz şalvarlar

28

© Indigital
Ətəyi içəriyə qatlanan şalvarlardan sonra bu mövsüm yun “luz” (şəkildə əks olunan formada enli) şalvarlar dəbdə olacaq.

Soldan sağa dəb şouları: Lou DaltonBottega VenetaHermes

 

Pijama kostyumlar

29

© Indigital
Bu il payız-qış kolleksiyalarında ipək köynək trendinin məntiqi ardıcıllığı kimidir. The logical conclusion of the silk shirt trend.

 

Soldan sağa dəb şouları: Roberto CavalliGucciValentino

Mənbə 

Şərhlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *