fone-photo

22 qat Olimpiya çempionu haqqında 5 qızıl fakt

Məşhur amerikalı üzgüçü Michael Phelps haqqında 5 fakt

1.  Uşaqlıqda Michael Phelpsə “hiperaktiv” diaqnozu qoymuşdular. O, cox hərəkətli və nadinc uşaq idi. Bir vaxtlar o, hətta evdən qaçmışdı və sonra evə qayıdanda azmışdı. Onu Kaliforniyada tapdılar. Anası məcbur olub onu, üzgüçülük bölməsinə yazmalı oldu, çünki yalnız hovuzda o, artıq enerjisini sərf edə bilirdi. Üzgüçülük məşqlərində, məşqçisi onun professional üzgüçü perspektivini gördü.

2. Michael Phelpsin uğurlarından biri onun amerikalı məşhur üzgüçü, ikiqat Olimpiya çempionu Pablo Moralesdən nümunə götürüb motivasiya alması idi. O, Pablonu kumiri sayırdı və onun məşq üsulunu istifadə etməklə getdiyi yolları təkrarlamaq istəyirdi .

3. Michael heç vaxt pəhriz saxlamır, hesab edir ki, gündəlik fiziki məşqlərdən sonra pəhrizə ehtiyac olmur.

4. Michael Phelps coxlu su içir. Bir gün o, bir sutka ərzində 91 litr su içmişdi . Bu fakt hətta Ginnesin Rekordlar kitabına yazılıb.

5. İdmançının əla idman göstəriciləri onun bədənində dopinq olmasını yenidən və yenidən yoxlamağa məcbur edir. Son Olimpiyada zamanı Michael Phelpsi 9 dəfə yoxlamışdılar. Bütün testlər mənfi nəticə göstərmişdi. Phelps hətta razılıq vermişdi ki, bu cür yoxlamaları günün istənilən vaxtında edə bilərlər. Dəfələrlə Michael Phelpsin yatdığı zaman, ondan qan analizi götürüblər. Adını çəkdiyimiz bu üzgüçünün ürəyi dəqiqədə 30 litrdən cox qan dövrə edə bilir.

6

O, ümumilikdə 28 medalla Olimpiya oyunları tarixində ən çox medal qazanmış üzgüçüdür. 2008-ci ildə Çində keçirilən Olimpiya oyunlarında 8 qızıl medal qazanmışdır. Bu qələbələrin beşi ayrı-ayrı növlərdə idi. 2012-ci il Yay Olimpiya Oyunlarında Phelps dörd qızıl və iki gümüş medal qazanıb. O, Olimpiya, dünya və Pan-Pacific üzgüçülük çempionatları kimi beynəlxalq yarışlar daxil olmaqla 57 qızıl, 11 gümüş, 3 bürünc, ümümilikdə 71 medal qazanıb.

2012-ci ildə 27 yaşında Londonda Olimpiya oyunlarından sonra karyerasını bitirdiyini elan etsə də, 2016-cı il Rio-de-Janeyro XXI Yay Olimpiadasında da iştirak edib.

4

Şərhlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *