Əsl döyüşcünün 10 nəsihəti

1. Bütün fikirlərimiz, düşüncələrimiz reallaşır.
Həyatımızda nə baş verirsə, bu bizim düşüncələrimizin nəticəsidir. Çempion heç vaxt məğlub döyüşcü kimi düşünmür.

2. Özünə güvən.
Heç vaxt “Mən bunu bacarmaram” demə. Bunun əvəzinə “Mən bunu necə edə bilərəm?” deyə soruş. Həll yolunu belə tapacaqsan.

3. Qalib gəl, ancaq heç zaman məğlubiyyətdən qorxma.
Hər gün öz üzərində işlə, ancaq uğursuzluqdan və məğlubiyyətdən qorxma. Onlar sənin ən güclü müəllimlərindir.

4. Bədənini, ruhunu və düşüncəni birləşdir.
Sənin düşmənlərin səndən yox, sənin içindəki döyüşcüdən qorxurlar. Sənin bədənin – sənin silahın, ruhun – sənin gücün, düşüncən isə onları idarə etmək bacarığındır. Onlar üçü birlikdə yalnız məğlubedilməz kombinasiya yaradır.

5. Tez və qətiyyətlə hərəkət et.
Şubhə döyüşcünün 1 nömrəli düşmənidir. Qərar ver, heç bir zaman ondan şubhələnmə və heyfislənmə.

6. Həç nədən qorxma.
Döyuşcünü, onun bədənini məhv etmək olar, ancaq ruhunu heç vaxt .

7. Müəllimlərinə və dostlarına vəfasızlıq etmə.
Səninlə eyni yolu gedən yoldaşlarına xəyanət etməklə sən öz daxili ruhunu (gücünü) itirəcəksən.

8. Özündən razı olma.
İnsanlar müxtəlifdir və hər bir insandan yeni bir şeylər öyrənmək olar.

9. Mükəmməl olmağa çalış.
Çətinliklərin və gözlənilməyən problemlərin əhatəsində mükəmməl döyüşcü məğlubedilməzdir.

10. Daim öz üzərində işlə.
Mükəmməliyin məhdudiyyəti yoxdur. Heç vaxt nail olduğun uğurda dayanma.  Daim irəli get.

Şərhlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *